Avropa Parlamentinin 31 üzvü Gürcüstan üçün namizəd statusunun dayandırılması və Avropa İttifaqının maliyyələşdirməsinə yenidən baxılması çağırışı ilə Cozef Borrellə müraciət edir

15:14, 07.05.2024

 
Avropa Parlamentinin 31 deputatı Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrellə məktubla müraciət edir, onu Gürcüstan üçün namizəd statusunun dayandırılması və Avropa İttifaqının maliyyələşdirməsinə yenidən baxılmasına çağırır.

Deputat Petras Austreviçus müvafiq məktubu sosial şəbəkədə yayır.

“Gürcüstan hakimiyyəti tərəfindən cari qeyri-demokratik hərəkətlər, konkret olaraq onların xarici agentlər haqqında “rus tipli” qanunun qəbulunda aqressivliyi, dinc nümayişçilərin susdurulması və onlara qarşı güc tətbiq etməsi sərhəddi keçib. Bu cür davranış gürcü siyasətində və cəmiyyətində gərginliyi və qütbləşməni daha da gərginləşdirdi ki, bu da Gürcüstana Aİ statusu verilərkən bu ölkənin hökumətinin yerinə yetirmək öhdəliyini üzərinə götürdüyü doqquz addıma ziddir və Avropa İttifaqı tərəfindən buna məhəl qoyulmaya bilməz.

Mən sizi qəti mövqe sərgiləməyə və Gürcüstan hakimiyyətinə aydın siqnal göndərəcək növbəti tədbirlər görməyə çağırıram.

Birincisi, Gürcüstan hakimiyyətinin və hakim partiyanın, “Gürcü Arzusu”nun hərəkəti Avropa İttifaqına namizəd ölkənin öhdəliklərinə ziddir. Müvafiq olaraq, üzvlük prosesində istənilən gələcək irəliləyiş olmadan Gürcüstanın namizəd statusu dayandırılmalıdır. İkincisi, Gürcüstanın dövlət büdcəsi və hökumət proqramlarının Avropa İttifaqı tərəfindən maliyyələşdirilməsinə yenidən baxılmalıdır. Üçüncüsü, Gürcüstanın Avropa Komissiyasının 2023-cü ilin 8 noyabr tarixli tövsiyəsini yerinə yetirməkdə əldə etdiyi irəliləyiş təxirə salınmadan qiymətləndirilməlidir”- Avropa Parlamentinin deputatlarının məktubunda deyilir.

Məktubda qeyd edildiyi üzrə, onlar son illər gürcü xalqını və onun Avropa İttifaqına üzv olmaq istəklərini dəstəkləmək üçün yorulmadan çalışıblar.

“Biz bunu etməyə hazırıq, lakin demokratik meyar bütün Avropa İttifaqına namizəd ölkələr üçün eynidir və ona hörmət edilməlidir”-məktubda qeyd olunub.

Viola fon Kramon, Andrius Kubilius, Miriam Leksman, Rasa İukneviçiene, Sandra Kliente, Mixael Qaler və başqaları Cozef Borrellə ünvanlanmış məktubu imzalayıblar.

Oxşar