Avropa Parlamenti Ursula fon der Layenə etimadsızlıq elan edilməsini dəstəkləməyib
Avropa Parlamenti Ursula fon der Layenə etimadsızlıq elan edilməsini dəstəkləməyib

Avropa Komissiyasının prezidenti Ursula fon der Layen Avropa Parlamentində etimadsızlıq elan edilməsindən xilas oldu. Avropa Komissiyasının prezidentinə etimadsızlıq elan edilməsini 175 qanunverici dəstəklədi, 360 nəfər əleyhinə səs verdi, 18 nəfər isə bitərəf qaldı.

Müvafiq olaraq, Avropa Komissiyasının Prezidenti Ursula fon der Layenə qarşı etimadsızlıq elan edilməsi ilə bağlı təklif rədd edilib.

Təklifin qəbul olunması üçün Avropa Parlamentinin 720 üzvündən üçdə ikisinin dəstəyi tələb olunurdu.

Qərb mediasının qiymətləndirməsinə görə, gərgin müzakirələr və bugünkü səsvermə Pandoranın qutusunu açdı və Avropa İttifaqının ali icra hakimiyyətinə dəstəyin əvvəlkindən daha zəif olduğunu göstərdi. Bu sadəcə başlanğıc ola bilər.

“Sosialistlər və Demokratlar” (S&D) yalnız Ursula fon der Layenin Avropa İttifaqının gələcək büdcəsində Avropa Sosial Fondunun qorunmasına söz verməsindən sonra etimadsızlıq elan edilməsinin əleyhinə səs verdilər.