Avropa Parlamenti korrupsiya skandalı ilə əlaqədar Avropa Parlamentinin deputatı Eva Kaylinin vitse-prezident səlahiyyətlərini dayandırıb

16:54, 13.12.2022

 
Avropa Parlamenti adı korrupsiya qalmaqalında hallanan Avropa Parlamentinin vitse-prezidenti Eva Kaylinin səlahiyyətlərinə xitam verib. 625 deputat qərarı dəstəkləyib, biri isə əleyhinə səs verib. Bu mərhələdə Eva Kayli Avropa Parlamentinin deputatı mandatını qoruyub saxlayır.

Bundan əvvəl Avropa Parlamentinin yunan deputatı Eva Kayli Yunanıstanın “Pasok” Sosialist Partiyasından xaric edilib.

Dekabrın 10-da Avropa Parlamentinin yunan deputatı və Avropa Parlamentinin vitse-prezidenti Eva Kaylinin Belçika polisi tərəfindən saxlanıldığı məlum olub. Onun adı Qətərin xeyrinə qeyri-qanuni lobbiçiliklə bağlı anti-korrupsiya istintaqında hallanır. İstintaq çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları daha bir neçə nəfəri saxlayıblar. Axtarış nəticəsində 600 min avro, mobil telefon və kompyuter avadanlığı götürülüb. Avropa Parlamentinin yunan deputatı günahsız olduğunu açıqlayır.

Oxşar