Avropa Parlamenti - Gürcüstan hakimiyyəti avtoritar kursunu dəyişənə gədər Avropa İttifaqına daxil ola bilməz
Gürcüstan hakimiyyəti avtoritar kursunu dəyişənə gədər Avropa İttifaqına daxil ola bilməz, – bu barədə Avropa Parlamenti sosial şəbəkədə yazır.
Avropa Parlamentinin qeyd etdiyi kimi, ədalətli seçkilər keçirilənə qədər Gürcüstanın Avropa İttifaqına yolu faktiki olaraq dayandırılıb.
“Gürcüstan hakimiyyəti avtoritar kursunu dəyişənə gədər Avropa İttifaqına daxil ola bilməz. Avropa Parlamenti gürcü xalqının yanında dayanır. Parlament Gürcüstanın hazırkı hökumətini tanımır və ədalətli seçkilər keçirilənə qədər onun Avropa İttifaqına gedən yolunun faktiki olaraq dayandırıldığını bəyan edir”, – Avropa Parlamenti yazır.