Avropa Parlamenti Aİ ilə ABŞ arasında ticarət sazişinin ratifikasiyasını dayandırıb
Avropa Parlamenti Aİ ilə ABŞ arasında ticarət sazişinin ratifikasiyasını dayandırıb

Avropa Parlamenti Aİ ilə ABŞ arasında ticarət sazişinin ratifikasiyasını prosesini dayandırıb.

Bu qərarı Avropa Parlamentinin üzvləri bu gün qəbul ediblər və Ticarət Komitəsində 24 fevral üçün planlaşdırılan səsverməni təxirə salıblar.

Avropa Parlamentində bildirdiklərinə görə, hazırkı mərhələdə ABŞ tərəfindən razılaşma qeyri-müəyyəndir.

Xatırladaq ki, ABŞ və Aİ ötən ilin iyul ayında ticarət sazişi əldə ediblər. Avropa Komissiyasının prezidenti Ursula fon der Laien həmin vaxt ABŞ-a idxal edilən Avropa mallarına 15%-lık rüsumlar tətbiq olunacağını təsdiqləyib. Bu sazişin Avropa Parlamenti tərəfindən təsdiqlənməsi nəzərdə tutulurdu.