Avropa Komissiyasının sözçüsü Ursula fon der Laienin Trampın andiçmə mərasimində iştirak etmək üçün hələ dəvət almadığını bildirir
Avropa Komissiyasının prezidenti Ursula fon der Laien hələ Donald Trampın andiçmə mərasiminə dəvət almayıb, – “Reuters” agentliyinin məlumatına görə, bu barədə Avropa Komissiyasının sözçüsü Paulo Pino bildirib.
“Görək, dəvət alacaqmı, lakin hazırki mərhələdə inauqurasiyada iştirak etmək planları yoxdur”, – Paulo Pino mətbuat brifinqində bildirib.
“Reuters” agentliyinin yazdığına görə, tarixən xarici liderlər ABŞ prezidentlərinin andiçmə mərasimində iştirak etmirlər və mərasimə diplomatlar göndərirlər, hərçənd, Donald Tramp bir neçə lideri dəvət edib. Dəvət olunanlar arasında Çin lideri Si Dzinpin, Braziliyanın sabiq prezidenti Jair Bolsonaro, İsrailin baş naziri Benyamin Netanyahu və İtaliyanın baş naziri Corcia Meloni var. Yayılan məlumatlara görə, Si Dzinpin andiçmə mərasimində iştirak etməyəcək, hərçənd, Vaşinqtona öz nümayəndəsini göndərəcək.