Avropa Komissiyasının sözçüsü Paula Pinio - Putin Ukraynanın demokratik yolla seçilmiş prezidentini tanımaqda çətinlik çəkir
Avropa Komissiyasının sözçüsü Paula Pinio bildirir ki, Ukrayna lideri demokratik yolla seçilmiş prezidentdir və Rusiya prezidenti bunu tanımaqda çətinlik çəkir.
“Bütün səylər nəhayət, bu dəhşətli müharibəyə son qoymağa, sülhə nail olmağa yönəlib. Aydındır ki, Prezident Putin öz qonşu ölkəsi Ukraynanın demokratik yolla seçilmiş prezidentini tanımaqda çətinlik çəkir”, – Pinio bildirib.
Ötən gün Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenskini qeyri-legitim adlandırıb. “Ukraynanın rəhbərliyi ilə sənədlərin imzalanması mənasızdır. Bu mövzu üzrə dəfələrlə danışmışam. Ukraynanın rəhbərliyi prezident seçkilərinə getməkdən qorxaraq əsaslı və strateji səhv edib, bundan sonra isə prezident öz leqitim statusunu itirib”, – Vladimir Putin bildirib.