Avropa Komissiyasının prezidenti rus neftinə embarqo qoyulması məsələsini Macarıstanın baş naziri ilə şəxsən müzakirə edəcək

20:42, 09.05.2022

 
Avropa Komissiyasının prezidenti rus neftinə embarqo qoyulması məsələsini Macarıstanın baş naziri ilə şəxsən müzakirə edəcək.
Bu barədə Ursula fon der Laiyenin mətbuat katibi məlumat yayır.

“Prezident Ursula fon der Laiyen baş nazir Orbanla görüşmək üçün Macarıstana səfər edəcək. Onlar enerji resurslarının təchizatının Avropa təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edəcəklər” – deyə Avropa Komissiyasının prezidentinin mətbuat katibi bildirir.

Məlum olduğu üzrə, Macarıstan Avropa Komissiyasının rus neftinə tam embarqo tətbiq etmək təklifini dəstəkləmir.

Bu gün Macarıstanın xarici işlər naziri Piter Siiarto bildirib ki, Budapeşt məsələ ilə bağlı mövqeyini dəyişməyib.

“Biz Avropa Komissiyasının sanksiyalarla bağlı təşəbbüsünü dəstəkləməyəcəyik, çünki bu, Macarıstan üçün problem yaradır və bu problemi həll edəcək təklifi ehtiva etmir” -deyə Macarıstanın xarici işlər naziri bildirib.

Avropa İttifaqı Rusiyaya qarşı altıncı, o cümlədən rus neftinə tam embarqonun tətbiqini əhatə edən sanksiyalar zərfi üzərində işləyir. Macarıstan, Slovakiya və Bolqarıstan da daxil olmaqla, bir sıra ölkələr bu təkliflə razılaşmayaraq, Rusiya neftindən asılılığın azaldılmasının uzun zaman alacağını bildirirlər.

Avropa Komissiyası Macarıstan və Slovakiyaya bəzi güzəştlər təklif edib və bu ölkələrin 2023-cü ilə qədər rus neftinə embarqo tətbiq etmək öhdəliyinin olmaması təşəbbüsünü qaldırıblar. Buna baxmayaraq, Macarıstan yenə də altıncı sanksiyalar zərfini dəstəkləməkdən imtina edir.

Oxşar