Avropa Komissiyasının nümayəndəsi – Mən təsdiq edə bilərəm ki, Gürcüstan hökuməti dünən Komissiyanın 14 iyulda göndərdiyi məktuba cavab verib, indi biz Gürcüstanın cavabını qiymətləndirəcəyik
Avropa Komissiyasının nümayəndəsi – Mən təsdiq edə bilərəm ki, Gürcüstan hökuməti dünən Komissiyanın 14 iyulda göndərdiyi məktuba cavab verib, indi biz Gürcüstanın cavabını qiymətləndirəcəyik

Mən təsdiq edə bilərəm ki, Gürcüstan hökuməti dünən Komissiyanın 14 iyulda göndərdiyi məktuba cavab verib, – bu barədə Avropa Komissiyasının nümayəndəsi Markus Lammert bildirib.

Onun sözlərinə görə, indi Avropa Komissiyası Gürcüstanın göndərdiyi cavabı qiymətləndirəcək.

“Komissiya Gürcüstan hökumətinin Komissiyanın bütün tövsiyələrində qaldırılmış məsələlərin həlli üçün konkret addımlar atacağını gözləyir”, – deyə Markus Lammert vurğulayıb.

Markus Lammert Gürcüstandan alınmış hesabatda nə yazıldığını dəqiqləşdirməyib. “Bildiyiniz kimi, bu cür məlumatlar dərc olunmur”, – deyə Avropa Komissiyasının nümayəndəsi Markus Lammert qeyd edib.

Gürcüstanın Xarici İşlər Nazirliyində bildiriblər ki, Avropa Komissiyasına müəyyən olunmuş müddətdə, 31 avqustda, Komissiyanın tövsiyələrinin icrası ilə bağlı hesabat təqdim olunub.