Avropa Komissiyasının nümayəndəsi bildirir ki, Avropa İttifaqı İsrail və İran arasındakı münaqişədə Rusiyanın vasitəçiliyinə qarşıdır
Avropa Komissiyasının nümayəndəsi bildirir ki, Avropa İttifaqı İsrail və İran arasındakı münaqişədə Rusiyanın vasitəçiliyinə qarşıdır

Avropa Komissiyasının nümayəndəsi bildirir ki, Avropa İttifaqı İsrail və İran arasındakı münaqişədə Rusiyanın vasitəçiliyinə qarşıdır.

Avropa Komissiyasının nümayəndəsi Anuar El Anuni bildirib ki, Tehranla münasibətlərinə görə Moskva “obyektiv vasitəçi” ola bilməz. Onun söylədiyinə görə, yanvarda Rusiya və İran tərəfdaşlıq haqqında razılaşma imzalayıblar ki, bu razılaşma iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsini də nəzərdə tutur.

Bununla yanaşı, Avropa Komissiyasının nümayəndəsinin söylədiyinə görə, Rusiyaya etimad sıfırdır, çünki o, Ukraynaya qarşı aqressiv müharibə aparır və bu müharibə çərçivəsində beynəlxalq hüququ və BMT Nizamnaməsini pozur.

Məlumat üçün bildirək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İsrail-İran münaqişəsinin həlli məsələsində Rusiyanın mümkün vasitəçiliyinə açıq olduğunu bəyan etmişdi.

Xatırladaq ki, iyunun 13-də İsrail İran ərazisinə güclü zərbələr endirməyə başlayıb. Hücumlar Tehranda yerləşən obyektlərə və nüvə mərkəzlərinə də həyata keçirilib. Hazırda zərbələr davam edir. Nəticədə İran İnqilab Keşikçiləri Korpusunun rəhbəri Hüseyn Salami, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri və digər yüksək rütbəli generallar, həmçinin, nüvə proqramı üzərində çalışan iranlı alimlər həlak olub. İran mediasının iddiasına görə, ümumilikdə İsrailin zərbələri nəticəsində 200-dən çox insan həlak olub.

Tehran İsrailin zərbələrini “müharibə elan etmək” kimi qiymətləndirib və İsrail istiqamətində hər gün yüzlərlə dron və ballistik raketlər buraxır. İsrail ordusunun məlumatına görə, 16 iyun səhər saatlarına olan məlumata görə, İranın hücumları nəticəsində 24 nəfər həlak olub, 592 nəfər yaralanıb.