Avropa Komissiyasının mətbuat katibi – Avropa İttifaqının guya Gürcüstanı ənənəvi ailə dəyərlərinə görə cəzalandırması barədə ittiham həqiqətə uyğun deyil, Avropa İttifaqı Gürcüstanın mədəniyyətinə və kimliyinə hörmət edir

Avropa İttifaqının guya Gürcüstanı ənənəvi ailə dəyərlərinə görə cəzalandırması barədə ittiham həqiqətə uyğun deyil, Avropa İttifaqı Gürcüstanın mədəniyyətinə və kimliyinə hörmət edir, – bu barədə Avropa Komissiyasının mətbuat katibi Markus Lammert bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Gürcüstanın suverenliyinin tərəfdarıdır.

“Avropa İttifaqı Gürcüstanın suverenliyinin tərəfdarıdır, Gürcüstanın mədəniyyətinə və kimliyinə hörmət edir. İnsan hüquqlarının qorunması, təşviqi və reallaşdırılması Aİ–Gürcüstan əməkdaşlığının əsas prinsipləridir. Bu dəyərlər həm Avropa İttifaqının, həm də Gürcüstanın paylaşdığı öhdəliklərdir. Bu kontekstdə Avropa İttifaqı demokratik islahatları və insanın fundamental hüquqlarının qorunmasını dəstəkləyir, o cümlədən, ayrı-seçkiliyə qarşı müdafiə tədbirlərini”, – deyə Lammert bildirib.