Avropa Komissiyası Ukraynaya makromaliyyə yardımı şəklində, əlavə olaraq 2,5 milyard avro ayırıb

17:50, 22.11.2022

 
Avropa Komissiyası Ukraynaya makromaliyyə yardımı şəklində, əlavə olaraq 2,5 milyard avro ayırıb. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Laien sosial şəbəkədə yazır.

“Avropa Komissiyası Ukraynaya əlavə 2,5 milyard avro verəcək. 2023-cü il üçün biz uğurlu yenidənqurmayla nəticələnəcək təcili təmir və sürətli bərpa üçün mərhələlərlə 18 milyard avro verməyi planlaşdırırıq. Biz lazım olduğu müddət boyunca Ukraynanı dəstəkləməyə davam edəcəyik” -deyə Ursula fon der Laien yazır.

Oxşar