Avropa Komissiyası Ukraynaya əlavə beş milyard avro ayırmağı planlaşdırır

10:10, 06.09.2022

 

Avropa Komissiyası Ukraynaya makromaliyyə yardımı şəklində əlavə beş milyard avro ayrılması təklifi ilə çıxış edəcək. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen Ukraynanın baş naziri Denis Şmiqalla görüşdən sonra “Twitter” sosial şəbəkəsində yazıb.

“Ukraynadakı vəziyyət hələ də bizim sarsılmaz dəstəyimizə ehtiyac duyur. İndiyədək ayrılmış 10 milyard avro ilə yanaşı, bu həftə biz makromaliyyə yardımı şəklində əlavə 5 milyard avro təklif edəcəyik”– deyə Ursula fon der Laiyen “Twitter”də yazır.

Denis Şmiqal sentyabrın 5-də Brüsseldə Ukrayna-Avropa İttifaqı Assosiasiya Şurası çərçivəsində Ursula fon der Laiyen ilə görüşüb. Görüşdən sonra Şmıqal Ukraynanın oktyabrın 1-dən Avropa İttifaqı ilə yüngülləşdirilmiş gömrük rejiminə keçəcəyini qeyd edib. O, Ursula fon der Laiyenə Ukraynaya yardım məsələlərində davamlı iştiraka görə təşəkkür edib.

Oxşar