Avropa Komissiyası sentyabrın sonunda Avropa İttifaqının genişlənmə prosesində məhdudiyyətlər mexanizmi layihəsini hazırlayacaq
Sentyabrın sonunda Avropa Komissiyası Avropa İttifaqının yeni üzv ölkələri üçün məhdudiyyətlər və qoruyucu mexanizmlər barədə təkliflər təqdim etməlidir, – bu barədə İrlandiyanın Avropa İttifaqı işləri üzrə naziri Tomas Birn, Aİ-yə üzv ölkələrin Avropa işləri üzrə nazirlərinin qeyri-rəsmi görüşü başlamazdan əvvəl bildirib.
Görüşdə Avropa İttifaqına üzvlüyə namizəd və potensial namizəd ölkələrin nümayəndələri də iştirak edirlər.
Birnin sözlərinə görə, Avropa Komissiyası sentyabrın sonuna qədər Avropa İttifaqının yeni üzv ölkələri üçün mümkün məhdudiyyətlər barədə təkliflər hazırlayacaq.
“Biz üzv dövlətlər arasında üzvlük prosesində qoruyucu mexanizmlər məsələsini müzakirə edəcəyik. Təhlükəsizlik və demokratiya barədə danışmaq üçün Avropa İttifaqının ədliyyə məsələləri üzrə komissarı Makqrat da burada olacaq”, – Birn bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyası qoruyucu mexanizmlər barədə təklifləri ayın sonuna doğru təqdim edəcək.
“Düşünürəm ki, nazirlər üçün zəruri qoruyucu mexanizmlər gördükləri məsələləri müzakirə etmək faydalı olacaq. Mahiyyət etibarilə, bütün bunlar üzvlük müqaviləsinin tərkib hissəsinə çevriləcək”, – deyə irlandiyalı nazir qeyd edib.
Onun sözlərinə görə, “qoruyucu mexanizmlərin müzakirəsi real olaraq Monteneqronun üzvlük prosesinin tərkib hissəsidir”.
Bundan əvvəl isə genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kosi Avropa İttifaqının genişlənmə prosesində dəyişikliklərin dörd istiqamətini təqdim edib: Aİ-nin daxili islahatları, demokratik təminatların gücləndirilməsi, mərhələli inteqrasiya və keçid tədbirləri.