Avropa Komissiyası sanksiyalardan yan keçilməsinin qadağan edilməsinə dair Avropa İttifaqı direktivinin yerinə yetirilməməsinə görə 18 ölkə barəsində istintaq başlatdı
Avropa Komissiyası sanksiyalardan yan keçilməsinin qadağan edilməsinə dair Avropa İttifaqı direktivinin yerinə yetirilməməsinə görə 18 ölkə barəsində istintaq başlatdı

Avropa Komissiyası sanksiyalardan yan keçilməsinin qadağan edilməsinə dair Avropa İttifaqı direktivinin yerinə yetirilməməsinə görə 18 ölkə barəsində istintaq başlatdı.

Direktiv Üzv Dövlətlərdən öz milli cinayət qanunlarını Avropa İttfiaqının tələblərinə uyğunlaşdırmağı tələb edir. Bu, bütün üzv Dövlətlərdə Avropa İttifaqı sanksiyalarının pozulmasının aşkar edilməsini və mühakimə olunmasını asanlaşdırmaq məqsədi daşıyır.

Direktivin icrası üçün son müddət 2025-ci ilin 20 mayı idi. Bu günə olan məlumata görə, 18 üzv dövlət Avropa Komissiyasına direktivin tam şəkildə icrası barədə məlumat verməyib. Həmin ölkələr bunlardır: Belçika, Bolqarıstan, Çexiya, Almaniya, İrlandiya, Yunanıstan, İspaniya, Fransa, Xorvatiya, İtaliya, Kipr, Macarıstan, Malta, Avstriya, Portuqaliya, Rumıniya, Sloveniya və Polşa. Prosedura cəlb olunmuş ölkələrin Brüsselə cavab göndərmək və Avropa İttifaqı qaydalarını həyata keçirmək üçün iki ay vaxtı var.

Əgər yuxarıda sadalanan ölkələr öz öhdəliklərini yerinə yetirməsələr, Avropa Komissiyası işi Avropa İttifaqının Məhkəməsinə göndərəcək.