Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiyalar paketini hazırlayıb
Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib, – bu barədə Avropa Komissiyasının sözçüsü Paula Pinyo brifinqdə bildirib.
Bununla yanaşı, Avropa Komissiyası bildirir ki, 19-cu sanksiyalar paketinin detalları bu gün Avropa Komissiyasının prezidenti Ursula fon der Layen və Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas tərəfindən təqdim olunacaq.
“Biz təsdiq edə bilərik ki, Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketini, 19-cu paketi qəbul edib. Prezident Fon der Layen Kallasla birlikdə günorta saatlarında bəyanat verəcək və həmin vaxt bu sanksiyalar paketinə dair dəqiq məlumatı açıqlayacaqlar”, – Avropa Komissiyasının sözçüsü bildirib.
Bundan əvvəl “Reuters” agentliyi yazırdı ki, Avropa İttifaqının yeni sanksiyaları Rusiyanın mayeləşdirilmiş təbii qazına aid olacaq.