Avropa Komissiyası – Prayd ayı bütün Avropa miqyasında insanları sevgini, müxtəlifliyi və özünü sərbəst ifadə etmək azadlığını qeyd etmək üçün bir araya gətirdi, Avropa qürur duyur
Avropa qürur duyur, Prayd ayı bütün Avropa miqyasında insanları sevgini, müxtəlifliyi və özünü sərbəst ifadə etmək azadlığını qeyd etmək üçün bir araya gətirdi, – bu barədə Avropa Komissiyasının bəyanatında deyilib.
Avropa Komissiyasında bildirirlər ki, bu ay sadəcə bir bayram deyil.
“Bu, həmçinin bərabərlik, təhlükəsizlik və ləyaqətin qorunmalı olduğuna dair bir xatırlatmadır. Biz hər kəsin azad, açıq və ayrı-seçkilik qorxusu olmadan yaşaya biləcəyi bir Avropa üçün çalışmağa davam edirik”, – deyə Avropa Komissiyasının bəyanatında deyilib.