Avropa Komissiyası Macarıstanın 13 milyard avro həcmində vəsaitini müsadirə edib

20:09, 30.11.2022

 
Avropa Komissiyası Macarıstanın 13 milyard avro həcmində vəsaitini müsadirə edib. Məlumatı “BBC” yayır.

Media tərəfindən verilən məlumatda Avropa Komissiyasının Macarıstanın pandemiyadan sonrakı bərpa planını təsdiqlədiyi deyilir, lakin ölkənin məhkəmə müstəqilliyi və korrupsiya ilə mübarizə sahəsində islahatlar həyata keçirməyənə qədər 5,8 milyard avro həcmində vəsaiti almayacağını açıqlayıblar.

Eyni zamanda, Komissiya Aİ rəhbərliyinə vətəndaşlarının həyat səviyyəsini yaxşılaşdırmaq üçün Birliyin nisbətən kasıb üzvü kimi Macarıstanın Aİ büdcəsindən aldığı 7,5 milyard avro məbləğində vəsaiti dondurmağı tövsiyə edib.

Avropa Komissiyası aylar boyunca Macarıstan hakimiyyəti ilə ölkədə korrupsiyanın yüksək səviyyəsi, məhkəmələrin, QHT-lərin və medianın müstəqilliyi, azlıqların hüquqları ilə bağlı danışıqlar aparırdı.

“Zəruri mərhələlər lazımınca həyata keçirilməyənə qədər heç bir vəsait olmayacaq”-deyə Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis açıqlayıb.

Oxşar