Avropa Komissiyası İlon Maskın X sosial şəbəkəsini yüz milyonlarla avro ilə cərimələyə bilər

18:25, 24.01.2025

Avropa Komissiyası İlon Maskın X sosial şəbəkəsi ilə bağlı ilkin istintaq başa çatdırıb və ona çox milyon dollarlıq cərimə tətbiq edə bilər.

Bu barədə Almaniyanın “Handelsblatt” qəzeti məlumat verir.

Avropa Komissiyasının internet şirkətlərinə ciddi qaydalar tətbiq edən Rəqəmsal Xidmətlər Aktı çərçivəsində 2023-cü ilin dekabrından istintaq aparılır.

Akt çərçivəsində “X” sosial şəbəkəsinə reklamın şəffaflığı qaydalarını pozmaqda, müstəntiqlər üçün kifayət qədər məlumat əldə etmək imkanını məhdudlaşdırmaqda və qondarma mavi işarə təyin etməklə istehlakçıları çaşdırmaqda ittiham olunur.

Qəraın qəbul olunduğu təqdirdə, “X” yüz milyonlarla avro ödəməli ola bilər.

Rəqəmsal Xidmətlər Aktının qanununa əsasən, “X” çox böyük platforma olaraq nifrət nitqi və dezinformasiyaya qarşı tədbirlər görmək, həmçinin gənclər arasında asılılıq riskini məhdudlaşdırmaq üçün xüsusi öhdəliklərə malikdir.

Bundan əvvəl İlon Musk Avropa İttifaqını senzura orqanı adlandırıb və Avropa İttifaqının tənzimlənməsini ifadə azadlığına müdaxilə adlandırıb. İlon Maska Meta şirkətinin rəhbəri Mark Zukerberq də dəstək verib və o, Donald Trampdan Avropa İttifaqının Amerika texnologiya şirkətlərini cərimələməsinin qarşısını almasını istəyib.

Oxşar