Avropa Komissiyası “Google”-u reklam texnologiyaları bazarında Avropa İttifaqının rəqabət qaydalarını pozduğuna görə 2,95 milyard avro ilə cərimələyib
Avropa Komissiyası “Google”-u reklam texnologiyaları bazarında Avropa İttifaqının rəqabət qaydalarını pozduğuna görə 2,95 milyard avro ilə cərimələyib

Avropa Komissiyası “Google”-a reklam texnologiyaları bazarında Avropa İttifaqının rəqabət qaydalarını pozduğu üçün 2.95 milyard avro məbləğində cərimə tətbiq edib. Bu barədə Avropa Komissiyasının mətbuat xidməti bəyanat yayıb.

Bəyanata görə, Avropa Komissiyasının apardığı təhqiqat nəticəsində müəyyən edilib ki, Google öz onlayn reklam xidmətlərinə üstünlük verib və bu, “reklam texnologiyaları təchizatçısı rəqiblərə, reklam verənlərə və onlayn nəşriyyatlara zərər verib.”

Avropa Komissiyasının veb səhifəsində dərc edilmiş bəyanatda bildirilir ki, “Google”un bu cür fəaliyyəti ən azı 2014-cü ildən davam edir.

Bəyanata əsasən, şirkətin Avropa Komissiyasına öz maraqlarını qorumaq üçün həyata keçirəcəyi tədbirlər barədə məlumat verməsi üçün 60 günü var.