Avropa Komissiyası Bosniya və Herseqovina üçün Aİ-yə namizəd statusunun verilməsini tövsiyə edib

18:55, 12.10.2022

 

Avropa Komissiyası Bosniya və Herseqovina üçün Aİ-yə namizəd statusunun verilməsini tövsiyə edib. Bu barədə Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhei Avropa Komissiyasının məruzəsini təqdim edərkən bildirib.

Yayılmış məlumatlarda, Avropa İttifaqı Şurasının bu ilin dekabrında Bosniya və Herseqovinaya şərtlərlə namizəd statusunun verilməsinə yekdilliklə qərar verəcəyi deyilir. Qərb mediası ölkədən islahatlar üzərində işləmək xahiş edildiyini və üzvlük danışıqlarına başlamaq üçün ölkənin yerinə yetirməli olduğu səkkiz prioritetin sadalandığını yazıb. Eyni düsturla namizəd statusu Ukrayna və Moldovaya verilib.

Aİ-nin Bosniya və Herseqovinadan gözlədiyi addımlar arasında Hakimlər və Prokurorlar Ali Şurası haqqında mövcud qanunla əlaqəli dəyişikliklərin prioritet məsələ kimi təsdiq edilməsi, məhkəmələr haqqında yeni qanunun qəbulu, maraqların toqquşmasının qarşısının alınması və korrupsiyanın, mütəşəkkil cinayətkarlığın qarşısını almaq və ona qarşı mübarizə aparmaq üçün qətiyyətli tədbirlərin qəbulu ,sərhəd idarəçiliyi və miqrasiyanın idarəedilməsi potensialının bütün səviyyələrində effektiv koordinasiyanı təşviq etmək və sığınacaq sisteminin fəaliyyətini təmin etmək var.

Bosniya və Herseqovina 2016-cı ildə Aİ-yə üzvlük üçün müraciət edib.

Oxşar