Avropa Komissiyası bildirir ki, Rusiyaya qarşı yeni sanksiyalar paketi hələ də hazırlıq mərhələsindədir
Avropa Komissiyasının Rusiyaya qarşı yönəlmiş yeni, 19-cu paketi hələ də hazırlıq mərhələsindədir, – bu barədə Avropa Komissiyasının baş mətbuat katibi Paula Pinyo “Evropeyskaya Pravda”ya bildirib.
“Bildiyimə görə, sanksiyalar paketi hələ müzakirəyə təqdim edilməyib. Hazırki mərhələdə yalnız onu deyə bilərik ki, paket hazırlanır”, – deyə Paula Pinyo qeyd edib.
Bununla yanaşı, Avropa Komissiyasının mətbuat katibinin müavini Olof Qill bildirir ki, sanksiyalar məsələsi gündəmə gəldikdə, Avropa Komissiyası onların maksimum təsirli olmasını təmin etmək üçün əlindən gələni edəcək.
Məlumat üçün bildirək ki, ABŞ prezidenti bəyan edib ki, Avropa Rusiyaya qarşı sanksiyalar tətbiq etməlidir. Donald Trampın dediyinə görə, avropalıların Rusiyaya qarşı kifayət qədər sərt mövqeyi yoxdur, onlar yalnız danışır və hərəkət etmirlər. Buunla yanaşı, bütün NATO-ya üzv ölkələr bunu edərsə və Rusiya neftini almağı dayandırarsa, Tramp Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazırdır. ABŞ Rusiya neftinin alınması ilə bağlı Avropa ölkələrinə qarşı da iradlarını ifadə edib.