Avropa komissarı Oliver Varhei Gürcüstana işgüzar səfər edəcək
Avropa komissarı Oliver Varhei Gürcüstana işgüzar səfər edəcək

 

Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri üzrə Avropa komissarı Oliver Varhei noyabrın 15-də Gürcüstana səfər edəcək.

Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatında səfər çərçivəsində baş nazir İrakli Ğaribaşvili ilə Avropa komissarı arasında təkbətək və geniş tərkibdə görüşün keçirilməsinin planlaşdırıldığı deyilir.

Görüşdən sonra Hökumət Administrasiyasında İrakli Ğaribaşvili və Oliver Varheinin birgə mətbuat konfransı keçiriləcək.