Avropa İttifaqının yeni sanksiyalarına cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi Rusiya ərazisinə girişi qadağan olunmuş avropalıların siyahısını genişləndirib
Avropa İttifaqının yeni sanksiyalarına cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi Rusiya ərazisinə girişi qadağan olunmuş avropalıların siyahısını genişləndirib

Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiyalar paketinə cavab olaraq, Rusiya ərazisinə girişi qadağan olunmuş avropalıların siyahısını genişləndirib.

Qurumun yaydığı məlumatda qeyd olunur ki, siyahıda əsasən güc strukturlarının, hökumət və kommersiya təşkilatlarının nümayəndələri, həmçinin, Avropa İttifaqına üzv ölkələrin müəyyən vətəndaşları və Ukraynaya hərbi dəstək göstərən Qərb ölkələrinin vətəndaşları yer alır.

Bununla yanaşı, Moskva Brüsselin tətbiq etdiyi sanksiyaları qeyri-legitim və qeyri-dost hərəkət kimi qiymətləndirir.

Avropa İttifaqı oktyabrın 23-də Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib.