Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurası iyulun 15-də Gürcüstan məsələsini müzakirə edəcək
Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurası iyulun 15-də Gürcüstan məsələsini müzakirə edəcək

Avropa İttifaqının xarici işlər nazirləri şurası iyulun 15-də bir daha Gürcüstan məsələsini müzakirə edəcək.

Bu barədə məlumat Avropa Şurasının veb səhifəsində dərc olunan gündəmdə verilib.

Sənəddə qeyd olunur ki, avropalı nazirlər Gürcüstan məsələsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Məlumat üçün bildirək ki, iyun ayında keçirilən Avropa Şurasının iclasında Avropa İttifaqının xarici işlər nazirləri həmçinin Gürcüstan məsələsini müzakirə ediblər, lakin konkret qərarlar qəbul olunmayıb.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaia Kallasın bildirdiyinə görə, iclas iştirakçıları Gürcüstandakı mövcud vəziyyəti, o cümlədən müxalifət partiyalarının liderlərinin həbs olunması məsələsini müzakirə ediblər və “artan repressiyalara görə məsuliyyət daşıyan şəxslərə, o cümlədən hakimlərə qarşı sanksiyaların tətbiqi barədə danışıblar, lakin bu məsələdə razılıq əldə olunmamışdı”.

Kallas ozaman Avropa Şurasının Gürcüstan mövzusuna iyul ayında qayıdacağını bildirmişdi.