Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı 19-cu sanksiyalar paketini müzakirə etməyi planlaşdırır
Avropa İttifaqının xarici işlər nazirləri 29-30 avqust tarixlərində Kopenhagen şəhərində Rusiya əleyhinə 19-cu sanksiya paketini müzakirə edəcəklər. Bu barədə “Evropeyskaya Pravda” mənbələrə istinadən yazır.
“Avqustun sonunda Kopenhagendə qeyri-rəsmi görüş zamanı xarici işlər nazirləri Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketini müzakirə edəcəklər”, – diplomat bildirib.
Medianın yazdığına görə, Mənbə aydınlaşdırıb ki, tədbirin gündəliyində Rusiya üzərində təzyiqin gücləndirilməsi, xüsusən sanksiyalar və Rusiyanın kölgə donanmasına qarşı mübarizə yolu ilə bağlı ayrıca maddə nəzərdə tutulacaq.
“Avropa Komissiyası, xüsusən də Avropa Xarici Fəaliyyət Xidməti hazırda 19-cu sanksiyalar paketinin layihəsi üzərində işləyir”, – anonimlik şərti ilə mənbə bildirib.