Avropa İttifaqının Azərbaycandakı səfiri – Avropa İttifaqı Azərbaycanla əlaqələndirmə məsələlərində əməkdaşlığa hazırdır
Avropa İttifaqının Azərbaycandakı səfiri – Avropa İttifaqı Azərbaycanla əlaqələndirmə məsələlərində əməkdaşlığa hazırdır

Avropa İttifaqı Azərbaycanla əlaqələndirmə məsələlərində əməkdaşlığa hazırdır, – bu barədə Diplomatik korpusla birlikdə Zəngilanda olan Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç bildirib.

“Biz Azərbaycan tərəfindən əlaqələndirmə sahəsində görülən işləri gördük. Biz Azərbaycanın həyata keçirdiyi islahatları dəstəkləyirik və əlaqələndirmə məsələlərində Azərbaycanla əməkdaşlığa hazırıq. Bir neçə həftə əvvəl nəqliyyatla bağlı dialoqa başladıq və hazırda detalları müzakirə edirik, lakin bununla bağlı ətraflı danışa bilmərəm”, – Avropa İttifaqının səfiri qeyd edib.