Avropa İttifaqı Ukraynaya humanitar yardım üçün əlavə 110 milyon avro ayıracaq
Avropa İttifaqı Ukraynaya humanitar yardım üçün əlavə 110 milyon avro ayıracaq

 
Avropa İttifaqı Ukraynaya humanitar yardım üçün əlavə 110 milyon avro ayıracaq-bu barədə Aİ-nin humanitar məsələlər üzrə komissarı İanez Lenarçiç bildirib. Qeyd olunan məbləğin 100 milyonu Ukraynaya, 10 milyon avrosu isə Moldovada yaşayan ukraynalı qaçqınlara ayrılacaq.

Avropa komissarının sözlərinə görə, qışın gəlişi onsuz da həssas vəziyyətdə olan Ukrayna əhalisi üçün əlavə problemlər yaradır, ona görə də ayrılan pul maliyyə yardımı, eləcə də mənzil təminatı, tibbi xidmətlər, psixoloji yardım və vətəndaşların müdafiəsi üçün istifadə olunacaq.

Müharibə başlayandan bəri Avropa İttifaqı Ukraynaya humanitar yardım üçün ümumilikdə 843 milyon avro ayırıb.