Avropa İttifaqı Ukraynaya beş milyard avro həcmində maliyyə yardımı paketi imzalayıb
Avropa İttifaqı Ukraynaya beş milyard avro həcmində yeni maliyyə yardımı paketi imzalayıb. Bu barədə Avropa İttifaqının icraçı vitse-prezidenti, ticarət məsələləri üzrə komissar Valdis Dombrovskis açıqlayıb.
Ukraynanın baş naziri Denis Şmiqal yeni yardım paketinə münasibət bildirib.
“Anlaşma Memorandumu Ukraynaya beş milyard həcmində makromaliyyə yardımını təmin edir” -deyə Ukraynanın baş naziri “Twitter”də yazır.
Şmiqal bu qərara görə Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen və Avropa komissarı Dombrovskisə təşəkkür edir.