Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqların ilk klasterini rəsmi olaraq açıb

22:47, 15.06.2026

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqların ilk klasterini rəsmi olaraq açıb.

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kosi bu günü “meqa bazar ertəsi” adlandırıb və bildirib ki, son 16 ayda genişlənmə siyasətində ötən 15 illə müqayisədə daha çox tərəqqi əldə olunub. Kosi qalan beş klasterin növbəti ayda açılacağına ümid etdiyini bildirib.

Lüksemburqda keçirilən hökumətlərarası konfransda Kosi danışıqların şərtlərini rəsmi olaraq Ukraynaya təqdim edib. Ukraynanın Baş nazirinin müavini Taras Kaçka Ukraynanın üzvlük üçün bütün şərtləri yerinə yetirəcəyini təsdiqləyib.

Bununla yanaşı, Moldovanın vitse-baş naziri Kristina Qerasimov bəyan edib ki, bu, ölkələri üçün tarixi bir andır və Avropa İttifaqının yeni üzv dövlətləri qəbul etməyə hazırlaşdığına dair güclü bir siqnaldır.

Avropa Komissiyası həmçinin üzvlük prosesində islahatlar, xüsusən də “mərhələli inteqrasiya” imkanı ilə bağlı müzakirəyə başlayıb.

 

Oxşar