Avropa İttifaqı Ukrayna üçün 3,2 milyard avro ayrılmasını dəstəkləyib
Avropa İttifaqı Ukrayna üçün 3,2 milyard avro ayrılmasını dəstəkləyib

Avropa İttifaqı Ukrayna üçün 3,2 milyard avro ayrılmasını dəstəkləyib.

Yeni tranşı ölkə Ukraine Facility mexanizmi vasitəsilə alacaq. Bu mexanizmin məqsədi Ukraynada sabitliyin və dövlət qurumlarının fəaliyyətinin davamlılığını təmin etməkdir.

Ümumilikdə, sözügedən mexanizm 2024-2027-ci illər ərzində Ukrayna üçün 50 milyard avroya qədər vəsaitin ayrılmasını nəzərdə tutur. İndiyədək Kiyev 6 milyard avro aralıq maliyyələşdirmə, 1,89 milyard avro avans və 4,2 avro, 4,1 və 3,5 milyard avroluq üç tranş alıb.