Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı sanksiyaların uzadılması və sərtləşdirilməsinə 8 ölkə qoşulub
Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı sanksiyaların uzadılması və sərtləşdirilməsinə 8 ölkə qoşulub

 

Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı sanksiyaların uzadılması və sərtləşdirilməsinə səkkiz ölkə qoşulub. Bu barədə Avropa İttifaqının ali nümayəndəsinin bəyanatında deyilir.

Avropa İttifaqı sentyabr ayında sanksiyaların müddətini 2023-cü ilin martın 15-dək uzatmaq qərarını verib, dekabrda isə Ukraynaya müdaxiləsinə görə Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətləri sərtləşdirib və “qara siyahı”nı genişləndirib.

Namizəd ölkələr: Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna və Bosniya-Herseqovina, həmçinin Avropa Azad Ticarət Assosiasiyasına daxil olan ölkələr – İslandiya, Lixtenşteyn və Norveç Şuranın qərarlarına qoşulub.

Aİ-nin məlumatında bu ölkələrin milli siyasətlərinin Şuranın qərarlarına uyğun olmasını təmin edəcəkləri deyilir. Aİ bu qərarı alqışlayır.