Avropa İttifaqı, təxminən 200 milyard avro dəyərində donmuş Rusiya aktivlərinin Ukraynaya verilməsini dəstəkləyəcək bir fondun yaradılmasını planlaşdırır
Avropa İttifaqı Rusiyanın dondurulmuş 200 milyard avroluq aktivlərinin Ukraynaya verilməsini dəstəkləyəcək fond yaratmağı planlaşdırır. Qeyd olunan barədə “Politico” yazır.
“Ukraynanın özünü müdafiə etməsinə və yenidən qurulmasına kömək etmək üçün dondurulmuş Rusiya aktivləri üzərində işləməyə davam edirik”, – Avropa Komissiyasının sədri Ursula fon der Layen bildirib.
“Politico”nun yazdığına görə, vacib məqam ondan ibarətdir ki, plan aktivlərin dərhal müsadirəsini nəzərdə tutmur, çünki Avropa İttifaqının əksər ölkələri buna maliyyə və hüquqi risklərə görə qarşı çıxırlar.
Nəşrin məlumatına görə, Avropa İttifaqına üzv ölkələrin liderlərinin sabah Kopenhagendə keçirilməsi planlaşdırılan qeyri-rəsmi görüşdə məsələni müzakirə edəcəyi gözlənilir.