Avropa İttifaqı Şurası Ukraynaya 18 milyard avro həcmində yardım paketini təsdiqləyib
Avropa İttifaqı Şurası Ukraynaya 18 milyard avro həcmində yardım paketini təsdiqləyib. Ukrayna bu vəsaiti 2023-cü il ərzində alacaq. Müvafiq təklif növbəti həftə Avropa Parlamentinə təqdim olunacaq.
Avropa İttifaqı Şurasına sədrlik edən Çexiyanın maliyyə nazirinin dediyi kimi, Ukrayna Avropa İttifaqına ümid edə bilər.
Avropa İttifaqı Şurasının qərarına əsasən, Ukraynaya yardım güzəştli kredit şəklində veriləcək və onun əsas hissəsi Avropa İttifaqına üzv dövlətlər tərəfindən qarşılanacaq. Kredit zəmanəti ya Aİ büdcəsi, ya da üzv dövlətlər tərəfindən təmin edilir.
18 milyardlıq yardım, o cümlədən kritik əhəmiyyətli infrastrukturun bərpası üçün istifadə olunacaq.