Avropa İttifaqı Şurası Rusiyaya hərbi dəstək göstərdiyinə görə İrana qarşı sanksiyaları genişləndirdi
Avropa İttifaqı Şurası Rusiyaya hərbi dəstək göstərdiyinə görə İrana qarşı sanksiyaları genişləndirdi.
Avropa İttifaqı Şurasının bəyanatında deyilib ki, Avropa İttifaqı İranın Rusiyaya göstərdiyi hərbi dəstəyi, o cümlədən pilotsuz uçuş aparatlarının tədarükünü qəti şəkildə qınayır və qəbuledilməz hesab edir.
Yeni qərarla təyyarə və raketlərlə bağlı sanksiyalar genişləndiriləcək, həmçinin İranın subiyektlərinə və fiziki şəxslərinə qarşı növbəti sanksiyalar tətbiq edəcək.