Avropa İttifaqı Şurası Bosniya və Herseqovinaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini təsdiqləyib
Avropa İttifaqı Şurası Bosniya və Herseqovinaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyib. Bu barədə Avropa İttifaqı Şurasının bu gün keçirilən iclasından sonra dərc olunan qərarda deyilir.
Qərarda qeyd olunur ki, Şura Bosniya və Herseqovinaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edir və bu, Şuranın dekabrda planlaşdırılan iclasında təsdiq edilməlidir.
“Avropa İttifaqı Şurası qanunun aliliyinin gücləndirilməsi, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə, miqrasiyaya nəzarət və fundamental hüquqların qorunması baxımından Avropa Komissiyasının tövsiyələrinin yerinə yetirildiyini nəzərə alaraq, Bosniya və Herseqovinaya namizəd statusunun verilməsini tövsiyə edir. Şura dekabrda keçirilməsi planlaşdırılan iclasda bu qərarın təsdiqini gözləyir” -deyə Avropa İttifaqı Şurasının qərarında deyilir.
Avropa İttifaqı Şurası tərəfindən dərc edilmiş press-relizdə həmçinin qeyd olunub ki, “Aİ-nin genişlənməsi qitəmizdə sülh, demokratiya, rifah, təhlükəsizlik və sabitliyin güclü sütunudur”.
“Bu qərarla Şura Avropa İttifaqının genişlənməsinə sadiq olduğuna dair güclü siqnal göndərir” -deyə Aİ-yə sədrlik edən Çexiyanın xarici işlər naziri Mikulas Bek açıqlayıb.