Avropa İttifaqı Şurası – Avropa İttifaqı ministerialda “Şərq Tərəfdaşlığı”na sadiq qaldığını və onu daha çevik etməyə və tərəfdaşların ehtiyaclarına uyğunlaşdırmağa hazır olduğunu təsdiqlədi
“Şərq Tərəfdaşlığı”na üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdə Avropa İttifaqı “Şərq Tərəfdaşlığı”na sadiq qaldığını və onu daha çevik etməyə və tərəfdaşların ehtiyaclarına uyğunlaşdırmağa hazır olduğunu təsdiqlədi.
Bu barədə Avropa İttifaqı Şurasının rəsmi saytında dərc olunmuş press-relizdə deyilir.
Bununla yanaşı, press-relizdə “Şərq Tərəfdaşlığı”na üzv dövlətlərlə ikitərəfli əməkdaşlığın və Aİ-nin genişlənmə prosesinin bir-birini tamamlamalı olduğu deyilir.
“Təhlükəsizliyə gəlincə Aİ regionda dayanıqlılığı və sabitliyi gücləndirmək üçün kiber, hibrid və digər qeyri-hərbi vasitələrin tədarükü də daxil olmaqla, müxtəlif əməkdaşlıq və iştirak formalarına qoşulmaq istəyən tərəfdaşları dəstəkləməyə davam edəcək” -deyə press-relizdə deyilir.
Həmçinin, Avropa İttifaqı Şurasının press-relizində qeyd olunur ki, Avropa İttifaqı əlaqə məsələlərini müzakirə etmək üçün digər regionlardan, o cümlədən Mərkəzi Asiyadan tərəfdaşları dəvət etmək imkanını nəzərdən keçirir.
Görüşdə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell və Genişlənmə üzrə Avropa Komissarı Oliver Varhei iştirak edib.