Avropa İttifaqı sözçüsü - Avropa İttifaqı Rusiyanın işğal olunmuş Suxumiyə uçuşları bərpa etmək qərarını pisləyir, bu qərar Gürcüstanın suverenliyinin pozulmasının növbəti addımıdır
Avropa İttifaqı Rusiya Federasiyasının Gürcüstanın işğal olunmuş Abxaziya bölgəsindəki Suxumiyə müntəzəm kommersiya sərnişin uçuşlarına başlamaq barədə birtərəfli qərarını pisləyir, – bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti məsələləri üzrə sözçüsü Anuar El-Anun bəyanat yayır.
Bəyanatda deyildiyi kimi, gürcü hakimiyyətinin razılığı olmadan həyata keçirilmiş bu hərəkət, Rusiyanın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozan növbəti addımıdır.
“Avropa İttifaqı Rusiya Federasiyasının Gürcüstanın işğal olunmuş Abxaziya bölgəsindəki Suxumiyə müntəzəm kommersiya sərnişin uçuşlarının həyata keçirilməsinə dair birtərəfli qərarını pisləyir. Gürcüstan hakimiyyətinin razılığı olmadan və Suxumi hava limanı üçün lazımi beynəlxalq aviasiya kodu olmadığı halda həyata keçirilmiş bu hərəkət Rusiya Federasiyasının Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozan növbəti addımıdır. Avropa İttifaqı Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqləyir”, – bəyanatda deyilib.