Avropa İttifaqı sanksiyalar məsələsi üzrə işləyəcək xüsusi nümayəndə təyin etməyi planlaşdırır

14:35, 12.12.2022

 

Avropa İttifaqı sanksiyalar məsələsi üzrə işləyəcək xüsusi nümayəndə təyin etməyi planlaşdırır.

“Financial Times” tərəfindən verilən məlumatda bu vəzifəyə Aİ-nin ABŞ-dakı sabiq səfiri Devid O’Sullivanın təyinatının nəzərdən keçirildiyi deyilir. Ehtimal ki, o, yeni ildən işə başlayacaq.

Onun vəzifəsi Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların lazımi qaydada həyata keçirilməsini təmin etmək olacaq.

“Financial Times” sanksiyalar məsələsi ilə məşğul olan xüsusi nümayəndənin əsas diqqəti Türkiyə, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrə yönəldəcəyi, çünki sanksiyaların tətbiqi ilə bağlı bu ölkələrə münasibətdə getdikcə sualların eşidildiyinə dair məlumat yayır.

Avropa İttifaqının yüksək rütbəli rəsmisinin Britaniya nəşrinə verdiyi məlumata görə, Avropa Komissiyası dekabrın 13-də Devid O’Sallivanın bu vəzifəyə təyin olunması ilə bağlı qərar verəcək.

Oxşar