Avropa İttifaqı Rusiya ilə “enerji müharibəsi” ilə əlaqədar təcili iclas çağıracaq

19:25, 26.08.2022

 

Avropa İttifaqı Rusiya ilə “enerji müharibəsi” ilə əlaqədar təcili iclas çağıracaq. Məlumatı “Guardian” nəşri yayır.

“Guardian” Çexiyanın baş naziri Petr Pialaya istinadən, Avropa İttifaqının energetika nazirlərinin görüşünün ən qısa zamanda baş tutacağını yazır.

“Aİ-yə sədrlik edən ölkənin tələbi ilə enerji sektorunda yaranmış vəziyyətlə bağlı spesifik təcili tədbirləri müzakirə etmək üçün Aİ-nin energetika nazirlərinin görüşü keçiriləcək”-bu barədə Petr Piala “Twitter” mikrobloqunda yazıb.

Çexiya artıq Aİ-yə sədrlik edən ölkədir. Ölkənin ticarət naziri Cozef Sikela hazırda Rusiya ilə “enerji müharibəsi”ndə olduqlarını bildirib.

“Biz Rusiya ilə enerji müharibəsindəyik və bu, bütün Avropa İttifaqına ziyan vurur” – deyə Cozef Sikela bildirib.

Oxşar