Avropa İttifaqı ölkələri 2027-ci ildən Rusiyadan qaz idxalının tam qadağan olunmasını təsdiqləyiblər
Avropa İttifaqı ölkələri 2027-ci ildən Rusiyadan qaz idxalının tam qadağan olunmasını təsdiqləyiblər

Avropa İttifaqı ölkələri 2027-ci ildən Rusiyadan qaz idxalının tam qadağan olunmasını təsdiqləyiblər.

“Reuters”in qeyd etdiyinə görə, bu qərar Rusiya qazından imtina etməyin bütün Avropa İttifaqı ölkələri üçün hüquqi cəhətdən məcburi olacağı deməkdir.

Qərara əsasən, Avropa İttifaqı 2026-cı ilin sonuna qədər Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını dayandıracaq və 30 sentyabr 2027-ci ildən etibarən boru kəməri ilə təchiz edilən qazdan imtina edəcək.

Slovakiya və Macarıstan qadağaya qarşı çıxıblar, lakin Avropa Şurası üzvlərinin səslərinin əksəriyyəti qərarın qəbul edilməsi üçün kifayət edib.

Məlumat üçün bildirək ki, Macarıstan bu qərardan Avropa İttifaqı Məhkəməsinə şikayət etməyi planlaşdırır.

Ukraynaya tammiqyaslı işğaldan əvvəl Rusiya qazının Avropa İttifaqındaki payı 40 faizdən çox idi. 2025-ci ildə idxalın payı 13 faizə düşüb.