Avropa İttifaqı Nümayəndəliyi - Avropa İttifaqı fəlakət zonasında reaksiya qruplarına kömək etmək üçün  peyk xəritələri yaratmaq məqsədi ilə Fövqəladə Halların İdarə Olunması Xidmətini işə saldı
Avropa İttifaqı Nümayəndəliyi - Avropa İttifaqı fəlakət zonasında reaksiya qruplarına kömək etmək üçün peyk xəritələri yaratmaq məqsədi ilə Fövqəladə Halların İdarə Olunması Xidmətini işə saldı

Avropa İttifaqı fəlakət zonasında reaksiya qruplarına kömək etmək üçün sürətlə peyk xəritələri yaratmaq məqsədi ilə Fövqəladə Halların İdarə Olunması Xidmətini işə saldı, – bu barədə Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi sosial şəbəkədə yazır.

Nümayəndəliyin məlumatına görə, “Kopernik” qarın vurduğu ziyanın qiymətləndirilməsində köməklik göstərəcək.

“Gürcüstanın qərbində güclü qar bir çox yerli əhalini əsas xidmətlərdən məhrum edib, onlar üçün ağır şəraitlər yaradıb. Reaksiya qruplarına kömək etmək üçün Avropa İttifaqı sürətlə peyk xəritələri yaratmaq üçün “Kopernik Fövqəladə Halların İdarə Olunması Xidmətini”ni işə saldı. “Kopernik” peyk görüntüsündən və digər coğrafi məkan göstəricilərdən istifadə edərək qarın vurduğu ziyanı qiymətləndirməyə kömək edəcək. Məlumat ictimaiyyətə açıqdır”, – Avropa İttifaqının nümayəndəliyi yazır.