Avropa İttifaqı Nümayəndəliyi - avqustun sonuna kimi fundamental hüquqları məhdudlaşdıran qanunların ləğvi ilə bağlı məlumat gözləyirik, əgər məsələlər həllini tapmasa, bu, vizasız rejimin tamamilə dayandırılması ilə nəticələnə bilər.
Avropa İttifaqı Nümayəndəliyi - avqustun sonuna kimi fundamental hüquqları məhdudlaşdıran qanunların ləğvi ilə bağlı məlumat gözləyirik, əgər məsələlər həllini tapmasa, bu, vizasız rejimin tamamilə dayandırılması ilə nəticələnə bilər.

Fundamental hüquqların müdafiəsi və azadlıqları məhdudlaşdıran qanunların ləğvi, antikorrupsiya səylərinin gücləndirilməsi – Avropa İttifaqı Gürcüstandan avqustun sonuna qədər yenilənmiş məlumat gözləyir, – bu barədə Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin sosial şəbəkədə yaydığı məlumatda deyilib.

Məlumatda qeyd olunur ki, əgər məsələlər həll olunmamış qalarsa, bu, vizasız rejimin tamamilə dayandırılmasına səbəb ola bilər.

“Vizasız rejimin dayandırılması mexanizmi: nəyi bilməliyik:

1. Mövcud vəziyyət

Vizasız gediş-gəliş fundamental hüquq və azadlıqlara hörmətdən asılıdır.

2025-ci ilin yanvarında Avropa İttifaqı Gürcüstanın xidməti və diplomatik pasport sahibləri üçün vizasız rejimi dayandırdı.

2024-cü ilin dekabrında Avropa Komissiyasının Gürcüstanla bağlı hesabatında ciddi narahatlıq ifadə olundu.

Hesabatın tam mətni (ingiliscə): https://bit.ly/3IPF0Lk

2. Avropa İttifaqının tövsiyələri nədir?

Fundamental hüquqların qorunması və azadlıqları məhdudlaşdıran qanunların ləğvi.
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi.

Tövsiyələrin tam siyahısına baxın (ingiliscə): https://bit.ly/4lCWqJS

3. Sonra nə baş verir?

Avropa İttifaqı avqustun sonuna qədər Gürcüstandan yenilənmiş məlumat gözləyir.

Məsələlər həll olunmamış qalarsa, bu, vizasız rejimin tamamilə dayandırılmasına səbəb ola bilər”, – deyə məlumatda deyilib.