Avropa İttifaqı - Kerç körpüsünün tikintisi ilə Rusiya Ukraynanın ərazi bütövlüyünü bir daha pozdu
Kerç körpüsünün tikintisi ilə Rusiya Ukraynanın ərazi bütövlüyünü və suverenliyini bir daha pozdu. Bu barədə Avropa İttifaqının bəyanatında deyilir. Bəyanatı Xarici Fəaliyyətlər Avropa Xidmətinin mətbuat xidməti yaydı.
“Rusiya Federasiyası Krım yarımadasında Kerç körpüsünü Ukrayna ilə razıaşdırmadan inşa etdi. Bu Rusiya tərəfindən Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin bir daha pozulmasını təşkil edir”, – bəyanatda deyilir.
Avropa İttifaqında hesab edirlər ki, körpünün inşası, işğal olunmuş yarımadanın Rusiya ilə məcburi inteqrasiya və Ukraynadan təcridi məqsədini güdür.
Kerç körpüsünün açılış mərasimində bu gün Rusiya prezidenti Vladimir Putin iştirak edirdi.