Avropa İttifaqı Çinə “Covid-19”a qarşı vaksinləri pulsuz təklif edir

13:37, 03.01.2023

 

Avropa İttifaqı Çinə “Covid-19”a qarşı vaksinləri pulsuz təklif edir. Bu barədə “Financial Times” yazır.

Nəşrin yazdığı kimi, bu təşəbbüs Avropanın Səhiyyə Məsələləri üzrə Komissarı Stella Kirikidisinin mümkün yeni “Covid-19” dalğası ilə mübarizəyə yönəlmiş səylərinin bir hissəsidir.

“Komissar Kirikidisi, çinli həmkarına ictimai səhiyyə məsələlərində ekspert yardımı, həmçinin “Covid-19″un müxtəlif variantlarına qarşı Aİ peyvəndlərinin ötürülməsini əhatə edən dəstək və həmrəylik təklifi ilə müraciət etdi” -deyə Aİ-də açıqlayırlar.

Pekin Aİ-nin bu təklifinə hələ cavab verməyib.

Bu mərhələdə Çində yalnız yerli istehsal olan vaksinlərdən istifadə edilir. Ümumdünya Səhiyyə Təşkilatı dekabrın 21-də Çində peyvənd olunanların sayının yetərli olmadığını açıqlayıb. Təşkilatın göstəricilərində 80 yaşdan yuxarı çinlilərin yalnız 40% -nin Çin peyvəndi ilə tam peyvənd olunduğu, bunun da peyvəndin üç dəfə edilməsi mənasına gəldiyi qeyd olunub.

Fransa və İspaniya artıq Çindən gələn səyahətçilərə əlavə nəzarət tətbiq etməyi planlaşdırdıqlarını bildiriblər, çünki Paris və Madrid “Covid-19″un yeni variantlarının Avropaya yayılma riskini görürlər. Almaniyada da məhdudiyyətlərin tətbiqi tələb olunur.

Çində “Covid-19″a yönəlik üç il sıfır tolerantlıq siyasəti qüvvədə idi . 2022-ci ilin dekabrında isə Pekin praktiki olaraq bütün məhdudiyyətləri ləğv etdi, bundan sonra ölkədə “Covid-19”a yoluxanların sayı xeyli artdı.

Oxşar