Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib
Tehranın Rusiyaya raket və pilotsuz uçuş aparatları tədarükü ilə əlaqədar Avropa İttifaqı Şurası İranın 7 fiziki və 7 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib. Bu barədə Avropa İttifaqı Şurasının qətnaməsində deyilib.
Qətnamədə qeyd edildiyi kimi, Avropa İttifaqının qara siyahısına texnologiyaların Rusiyaya ötürülməsinə cavabdeh olan şəxslər salınıb. Həmçinin Yaxın Şərq və Qırmızı dəniz bölgəsində sülh və təhlükəsizliyi pozan qruplara və təşkilatlara silah verən insanlar.
Siyahıya İranın müdafiə nazirinin müavini və üç İran aviaşirkəti daxildir. Raketlərin buraxılması üçün lazım olan yanacaq istehsal edən iki şirkətə də sanksiya tətbiq edilib.