Avropa İttifaqı İnfrastruktur layilərin həyata keçirilməsi üçün Gürcüstana 3,5 milyard avro ayıracaq
Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani bəyan etdi ki, Avropa İttifaqı İnfrastruktur layilərin həyata keçirilməsi üçün Gürcüstana 3,5 milyard avro ayıracaq.
Xarici İşlər Naziri “Şərq Partnyorluğu”-nun üzvü ölkələri arasında Gürcüstan üçün 13 milyard avronun ayrılacağı barədə bəyan etdi.
Avropa İttifaqı “Şərq partnyorluğunun” üzvü olan olan ölkələrdə və onlarların arasında, Gürcüstanda geniş infrastruktur layihəsi üçün 13 milyard avro xərcləməyi planlaşdırır.
Avrokomisiyanın mətbuat xidmətinin dediyinə görə, bu məbləğ 4800 kilometr uzunluğunda avtomobil və dəmir yollarının, limanların, hava limanlarının, logistika mərkəzlərinin və keçid-nəzarət məntəqələrinin reabilitasiyası üçün nəzərdə tutulub.
Brüsseldə bəyan edirlər ki, Şərq Partnyorluğunun üzvü olan ölkələrdə – Gürcüstanda, Moldovada, Ukraynada, Azərbaycanda və Ermənistanda infrastrukturun inkişafı, qeyd olunan ölkələrin iqtisadi inkişafına yol açacaq və iş yerlərinin açılması üçün şəraitlər yaradacaq.
Pres-relizdə deyilir ki, bəzi layihələrin başa çatdırılması 2020-ci ildə, bəzilərinin isə, 2030-da planlaşdırılır. Layihəyi Avrokomisiya və Dünya Bankı bərabər həyata keçirəcəklər.