Avropa İttifaqı İlon Maska sanksiya tətbiq etməyi planlaşdırır
Avropa İttifaqı İlon Maska sanksiya tətbiq etməyi planlaşdırır

 

Avropa İttifaqı milyarder İlon Maska sanksiya tətbiq etməyi planlaşdırır.

“BBC”nin məlumatına əsasən Avropa İttifaqı rəqəmsal xidmətlər üzrə Aİ qanunvericiliyinə uyğun olaraq “Twitter” sosial şəbəkəsinin direktoru İlon Maska sanksiya tətbiq etməyi planlaşdırır.

“İlon Mask qırmızı xətlər olduğunu bilməlidir və tezliklə sanksiyalar olacaq” -bu barədə Avropa komissarı Vera Yurova “Twitter” hesabında yazıb.

Avropa Komissiyasının vitse-prezidenti Vera Yurova rəqəmsal xidmətlərlə bağlı Aİ qanununun media azadlığına hörmət tələb etdiyini bildirib.

“Twitter” sosial şəbəkəsi bir neçə müxbirin, o cümlədən “New York Times”, “CNN” və “Washington Post”un profilini bloklayıb.

Jurnalistlər İlon Maskı tənqid edən yazılar dərc etdikdən sonra “Twitter” hesabları bloklanıb.