Avropa İttifaqı ilin sonuna qədər rus neftindən imtina etməyi planlaşdırır

12:16, 02.05.2022

 

Avropa İttifaqı ilin sonuna qədər rus neftindən imtina etməyi planlaşdırır. Avropa Komissiyası müvafiq plan üzərində işləyir.

Avropalı diplomatların da qeyd etdiyi üzrə, Almaniyanın da Moskvaya qarşı yeni tədbirləri dəstəkləməsi rus”qara qızılı”-nın idxalının tədricən dayandırılmasını təmin edəcək. Bu cür yanaşma beynəlxalq neft bazarlarında problemləri istisna edir.

Bundan əvvəl Berlində, Rusiya neftinə embarqo tətbiq etmək və bu məhdudiyyəti dəstəkləmək məsələsini nəzərdən keçirməyə hazır olduqlarını bildiriblər.

Ehtimal olunur ki, Aİ Rusiya neftindən olduqca asılı olan Macarıstan və Slovakiyaya müəyyən güzəştlər etməyi planlaşdırır.

Macarıstanda narahat olmalarının səbəbinin siyasi deyil, iqtisadi olduğunu bildiriblər.

Rusiya neftinə embarqo tətbiq etmək planını əks etdirən Rusiyaya qarşı yeni sanksiyalar zərfinin mayın 3-də açıqlanması gözlənilir.

Yeni sanksiya zərfində dırnaq arası Qara siyahı da genişlənəcək, siyahıda daha çox fiziki şəxs və Rusiya bankları, o cümlədən “Sberbank” da olacaq.

Oxşar