Avropa İttifaqı qanunsuz məhsulların satışı səbəbindən onlayn ticarət şirkəti "Temu"nu 200 milyon avro məbləğində cərimələyib
Avropa İttifaqı qanunsuz məhsulların satışı səbəbindən Çinə məxsus “Temu” onlayn pərakəndə ticarət şirkətini 200 milyon avro məbləğində cərimələyib.
“BBC”nin məlumatına görə, qadağan olunmuş əşyalar arasında uşaqların sağlamlığı üçün təhlükəli oyuncaqlar və zədələnmiş şarj cihazları da olub.
Avropa İttifaqının araşdırmasına görə, “Temu” vasitəsilə alınan elektrik şarj cihazlarının əksəriyyəti əsas elektrik təhlükəsizliyi normalarına cavab vermir. İstintaq həmçinin müəyyən edib ki, uşaq oyuncaqlarının əksəriyyəti təhlükəsizlik üçün risklər yaradırdı, tərkibində çox miqdarda kimyəvi maddələr var idi və ya azyaşlıların boğulma təhlükəsini yaradan kiçik ölçülü sökülə bilən hissələrə sahib idi.
Şirkətin cərimələnməsi ilə bağlı Avropa Komissiyası bəyan edib ki, Temu “məhsulların sistemli risklərini, eləcə də onların istehlakçılara vura biləcəyi ziyanı diqqətlə müəyyən etməyi, təhlil etməyi və qiymətləndirməyi bacarmayıb”.
Şirkət cərimələnmə ilə bağlı bəyan edib ki, qərarla razı deyil və cəriməni qeyri-mütənasib hesab edir.
“BBC” yazır ki, “Temu”ya qarşı istintaq, onun Avropa İttifaqı qanunvericiliyi ilə müəyyən edilmiş öhdəlikləri yerinə yetirib-yetirməməsi ilə bağlı 2024-cü ilin oktyabr ayından bəri davam edir.